“ChatGPT”nin müəllifləri “bəstəkar” süni intellekt yaradırlar

Dq2esm7ghybnpfjxhpff2dbvt4aaoj01cuihcakj 1200

“OpenAI” şirkəti süni intellektdən istifadə edərək musiqi yaratmaq üçün yeni platforma hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.

Nəşrin məlumatına görə, “OpenAI” dünyanın aparıcı ifaçılıq sənəti qurumlarından biri olan Culyard Məktəbi ilə əməkdaşlıq edir.

Yeni platforma həm musiqi əsərlərini sıfırdan yaratmağa, həm də mövcud səsyazmaları, məsələn, vokal parçalarına instrumental hissələr əlavə etməklə təkmilləşdirməyə imkan verəcək.

Texniki detallar və buraxılış formatı hələlik açıqlanmır.