CHP bələdiyyəsi ilə bağlı araşdırma başladıldı

1684334217 928e0ff8 63f3 3bf6 ba92 4d7bf0f3395c 850jpg 1607776586.jpg

Türkiyə Daxili İşlər Nazirliyi Tekirdağ vilayətinin böyükşəhər bələdiyyəsinin rəhbərliyinə qarşı araşdırma başladıb.

Buna səbəb zəlzələ qurbanlarının qaldıqları oteldən çıxarılmasına cəhd edilməsi barədə şikayətlərin daxil olması olub.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, şikayətlər seçkidən dərhal sonra edilib.

“Bələdiyyənin baş katibi və digər məsul şəxslərlə bağlı araşdırmalara başlanılıb”, – nazirlik qeyd edib.

Diqqətə çatdırılıb ki, bələdiyyə təmsilçiləri CHP üzvləridir.