Çin fəzaya 4 peyk buraxdı

1680183863 cin uydu reu 1829852 2.jpg

Çin yer qabığındakı dəyişiklikləri izləmək üçün istifadə olunan InSAR peykini fəzaya buraxıb.

Avtor.az xarici mətbuata istinadən xəbər verir ki, 4 belə peykin buraxılması “Long March” raketi ilə Saanşi əyalətindəki mərkəzdən həyata keçirilib.

Sözügedən peyklər radar dalğaları ilə yer qabığının hərəkətlərini yüksək dəqiqliklə təsbit edir. Qurğu zəlzələlər, vulkan püskürmələri, buzlaqların əriməsi, sürüşmə və çökmə nəticəsində yaranan deformasiyaları öyrənmək üçün istifadə olunur.