Çin lideri Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI

1679416748 img 20230321 203830.jpg

Çin lideri Si Cinpin ölkəsinin Ukrayna məsələsində sülh və dialoqun tərəfdarı olduğunu bildirib.

Bu barədə o, Rusiya prezidenti Vladimir Putinlə mətbuat konfransı zamanı danışıb.

O qeyd edib ki, keçən ay Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi dərc olunub.

“Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe tutur, barışığı fəal şəkildə təşviq edir. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoqun tərəfdarıyıq”, – deyə Si vurğulayıb.