Çin Rusiya ilə bağlı çağırış edib

5bce843d163436044365154064910969231.jpg

ABŞ, NATO və Avropa İttifaqı balanslaşdırılmış regional təhlükəsizlik mexanizmini inkişaf etdirmək üçün Rusiya ilə hərtərəfli təhlükəsizlik dialoquna başlamalıdır.

Bunu Çin Xalq Respublikasının (ÇXR) BMT-dəki daimi nümayəndəsi Çjan Çszyun BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasının çağırılması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bütün ölkələrin öz xarici siyasətini müstəqil müəyyən etmək hüququ var və onları tərəf tutmağa məcbur etmək olmaz.

“Bütün ölkələrin təhlükəsizliyi bölünməzdir və bir ölkənin təhlükəsizliyi digərlərinin təhlükəsizliyi hesabına təmin edilə bilməz”, – Çjan Çszyun əlavə edib.