Çində 200-dən çox avtomobil toqquşdu, ölən var

China.jpg

Çinin Henan əyalətində 200-dən çox avtomobilin iştirakı ilə qəza baş verib.

Bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Məlumata görə, qəzaya səbəb qatı duman olub. Hadisə nəticəsində 1 nəfər həlak olub.

Bununla yanaşı, qəza uzun tıxacların yaranmasına səbəb olub.