Çinin Henan əyalətində fabrikdə güclü yanğın baş verib.
Avtor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Anyanq şəhərində qeydə alınıb.
Hadisə zamanı 36 nəfərin öldüyü, iki nəfərin yaralandığı, daha iki nəfərin isə itkin düşdüyü bildirilir.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.

