Çinin cənub-qərbindəki Çonqinq şəhərinin hava limanında göyərtəsində 122 nəfərin olduğu “Tibet Airlines” şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxaraq alovlanıb.
Avtor.az xarici KİV-ə istinadla xəbər verir ki, “Airbus A319” model təyyarənin göyərtəsində 113 sərnişin və 9 ekipaj üzvü olub.
Hadisənin baş verdiyi Jiangbei Beynəlxalq Hava Limanının məlumatına görə, təyyarənin göyərtəsində olan 122 nəfər təxliyyə edilib.
Onların arasında 40 nəfərdən çox yüngül xəsarət alanların olduğu bildirilir.



