Çingiz Hüseynov vəfat etdi

Chingiz.jpg

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 94 yaşında vəfat edib.

Bu barədə onun oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında məlumat paylaşıb.

1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi olub. O, əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb.

Qeyd edək ki, Ç. Hüseynov İsraildə yaşayırdı.