“Çox pis xəbər oldu” – Emin Ağalarov

254512 oymm2jm5p2.jpg

Xəbər verdiyimiz kimi, mərhum müğənni Elvis Preslinin yeganə övladı olan Liza Mari Presli dünyasını dəyişib.

Xalq artisti Emin Ağalarov bununla bağlı paylaşım edib. O bildirib ki, bu məlumat onu məyus edib.

“Elvis Preslinin yeganə övladının – Liza Marinin ölümünü indi eşitmək kədərlidir. Anası Prissilla və ailəsinə başsağlığı verirəm. Çox pis xəbər oldu” deyə, Ağalarov paylaşımında yazıb.