Daha 10 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib

De6b1cf3166454340099215811310622399.jpg

Daha 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 68-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.