Daha bir neçə ailə Laçına yola salınıb

427589f5 230c 3039 b1af 3b445350dc46 850.jpeg

Daha bir neçə ailə Laçına yola salınıb.

Bu gün daha 89 nəfərdən ibarət 19 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.