Daha bir ölkə TDT-də müşahidəçi olmaq istəyir

1678699993 6019c79c 3e95 3ada 84cd 2936b7487f38 850.jpg

Monqolustan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu almaq istəyir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu monqolustanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı məlumat verib.

O deyib ki, bu, həm dil, həm də digər kriteriyalar baxımından uyğundur.

Qeyd edək ki, hazırda Təşkilatın müşahidəçi üzvləri Şimali Kipr, Türkmənistan və Macarıstandır.