Daha bir ölkədən Moskvaya uçuşlar dayandırıldı

Shutterstock1686300322 Pic32ratio900x600 900x600 491441.jpg

Çinin “China Southern” aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları martın 30-dək dayandırıb.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Bildirilir ki, vəziyyət 15-17 min nəfərin səyahətinə təsir edə bilər.

Assosiasiya qeyd edib ki, “China Southern”dən başqa dörd aviaşirkət – “Aeroflot”, “China Eastern” və “Hainan Airlines” Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir.