Daha bir ZƏLZƏLƏ – bu dəfə 7 bal

1680498634 deprem 1483697 2.jpg

Papua-Yeni Qvineyada 7 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti ölkənin şimal-şərqindəki Kainantu bölgəsində zəlzələnin 90 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.

Zəlzələdən sonra Papua-Yeni Qvineya və İndoneziya sahilləri üçün verilmiş sunami xəbərdarlığı daha sonra ləğv edilib.

Yeraltı təkandan sonra itki və dağıntı ilə bağlı hələlik məlumat yoxdur.