Dardanel boğazından gəmi tranziti dayandırılıb

7c65aee6 f3d6 3669 bee3 7cf2acb38f2e 850.jpg

Bazar ertəsi qatı duman səbəbindən gəmilərin Dardanel boğazı ilə hərəkəti dayandırılıb.

Bu barədə Türkiyənin Gəmi Hərəkəti Xidməti İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məhdudiyyətlər boğazdan hər iki istiqamətdə tranzitə şamil edilir.

Bərə xidməti isə normal rejimdə işini davam etdirir.

Qeyd edək ki, yanvarın 1-də güclü duman Bosfor boğazının müvəqqəti bağlanmasına səbəb olub.