Daşkəsəndə qar şəhərin bir qismini işıqsız qoyub

6d82aadc f661 3440 aee1 208474bdb0d6 850.jpg

Daşkəsən rayonunda qarın ağırlığından irigövdəli ağacın budağı qırılaraq elektrik xəttinin üzərinə düşüb, şəhərin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub.

Hazırda yaranmış problemin aradan qaldırılması üçün müvafiq işlər görülür.

Rayon ərazisində yağıntılı hava şəraiti davam edir.