“Dəniz kuboku”nun püşkatması keçirilib

6722d893 7057 3d11 94c9 1a96c827c94c 850.jpg

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsinin püşkatması keçirilib.

Mərasim Hərbi Dəniz Qüvvələrinin (HDQ) inzibati binasında baş tutub.

Püşkatmadan öncə HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov mətbuat konfransı keçirib. O, komanda iştakçılarına uğurlar arzulayıb.

Yarışda Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri iştirak edəcək.

Xatırladaq ki, “Dəniz kuboku” müsabiqəsi avqust ayının 15-dən 25-dək davam edəcək. Artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb və bütün təşkilatı işləri başa çatıb.