Dənizdə batan uşağın meyiti tapıldı

1689775031 64b7eb1a0e57a64b7eb1a0e57b168977487464b7eb1a0e57864b7eb1a0e579.jpg

19.07.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.