Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib

1660251872 tonut 200614.jpg

“Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən şəxslər xilas olunub.

FHN-dən bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Mərdəkan”, “Novxanı” və “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə 6 nəfər xilas edilib.