Dərmanlar niyə aylarla gömrükdə qalır? – AÇIQLAMA

1688462253 editor 28367d4b665d56f3de46b715e86712d9 fn7t41l6hy9ji3me2sow.jpg

Dərman vasitələrinin uzun müddət gömrükdə qalması məsələsinə aydınlıq gətirilib.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxışı zamanı bu məsələyə toxunub.

“Milli Məclisdə dərman vasitələrinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı məsələ qaldırılıb. Bu məsələni aydınlaşdıracağıq. Müvafiq qurumla da danışıqlar aparacağıq. Aylarla dərmanların gömrükdə qalması həqiqətən də ciddi problemdir”, – deyə o bildirib.