Dilarə Səlim telekanal rəhbəri oldu

1174391.jpg

“Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Azərbaycan Televiziyasının tanınmış aparıcısı Dilarə Səlim gətirilib.

Bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.

Xatırladaq ki, D. Səlimə qədər bu vəzifəni tanınmış rejissor Əməkdar incəsənət xadimi Ülviyyə Könül (Kərimova) icra edirdi. O, dekabrın 1-i vəzifəsindən ayrılıb.