DİN sosial media istifadəçiləri və jurnalistlərə MÜRACİƏT ETDİ

1662098460 424715595 341 0 3072 2048 1920x0 80 0 0 7b60a23a2b999dc74962ecc8474e58ff.jpg

Daxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçilərinin və jurnalistlərə müraciət edib.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamağa çağırıb.

“Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir.

Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.

DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyinin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur”, – DİN rəsmisi bildirib.