DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirib, hərbi sursatlar götürülüb

1651822633 8f2b6530 2c6b 38b0 a363 47f7e90a62d5 850.jpg

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Xidmətdən məlumat verilib.

Bildirilib ki, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.