DİN vətəndaşlara müraciət edib: “Heç bir ödəniş etməyin”

3b5bb01e 4a17 30a3 8f64 a59bd9237c75.jpg

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir:

“Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən “Linkə keçid et, hədiyyə qazan” və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun. “Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın!
Belə linklərə keçid etməyin, şəxsi məlumatlarınızı paylaşmayın, heç bir ödəniş etməyin”.