Diplomu Vasif Talıbova mən verməmişəm – Misir Mərdanov

2d71b2ae16717225015686528091052617.jpg

“Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm”.

Bunu Modern.az-a açıqlamasında sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru Misir Mərdanov bildirib.

O, Naxçıvan Ali Məclisinin eks-sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb.

“Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır. Kimin dərsdə iştirak edib-etmədiyini də rektor bilə bilməz, 15 min tələbənin davamiyyətini mən necə izləyə bilərəm? Bu cür söhbətlərin olmasının heç bir mənası yoxdur”, – Misir Mərdanov əlavə edib.