Donbasda hər gün 100-ə qədər ukraynalı əsgər ölür

A3842ed7164966761533119627210473138.jpg

“Hər gün Donbasdakı döyüşlərdə 100-ə qədər ukraynalı əsgər ölür, 500-ə yaxını isə yaralanır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Bratislavada keçirilən GLOBSEC beynəlxalq təhlükəsizlik forumunda deyib.

O qeyd edib ki, bu gün Ukraynanın şərqində vəziyyət çox ağırdır: “Qələbəmizə inanıram. Rusiya ilə müharibədə qalib gəlmək üçün bütün ölkələrin köməyinə ehtiyac var”.