Donetskdə Ukrayna təyyarəsi vurulub

Cdf66a6a166997997622943820510306840.jpg

Rusiya qırıcıları “Donetsk Xalq Respublikası”nda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurublar.

Bu barədə cümə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

O qeyd edib ki, uğurlu əməliyyat Ukrainka kəndi yaxınlığında reallaşdırlıb.

Qeyd edək ki, Rusiya havadan aparılan döyüş əmliyyatlarında Ukraynadan üstün mövqedədir. Yerüstü əməliyyatlarda isə əksinə, Kiyev uğurla şərqə doğru irəliləyərək xeyli ərazini azad edə bilib.