Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın ana olması ilə bağlı məsələni araşdırır

0d5a4a5a166253487754594415810891235.jpg

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda 13 yaşlı qızın təcavüzə uğrayaraq ana olması ilə bağlı məsələnin araşdırıldığını bildirib.

Qurumdan bildirilib ki, hazırda məsələ araşdırma mərhələsindədir.

Dövlət Komitəsi bununla bağlı aidiyyəti qurumlarla mütəmadi əlaqədədir.

Hazırda ananın və uşağın səhhəti müəyyənləşdirilir.