Dövlət Komitəsinin sədr müavini telekanalları tənqid edib

781a08f9 0955 3524 8ff8 E7033718a666 850.jpg

Dövlət Komitəsinin sədr müavini telekanalları tənqid edibSədaqət Qəhrəmanova
Televiziyalardakı bəzi verilişlər məişətimiz üçün zərərlidir.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, reytinq qazanmaq və insanların baxışını gücləndirmək üçün belə proqramlar efirə verirlər:

“Bəs bunun qarşısını necə alaq? Bu məsələni ciddi müzakirə obyektinə çevirmək lazımdır. Televiziya rəhbərləri səviyyəsində dəyirmi masa təşkil etmək yaxşı olardı. Onlara sözümüzü deməyin vaxtı çatıb. Siz reytinq toplayırsınız, amma bir ailə mövzusunu televiziyaya çıxarmaq və biabırçı şəkildə cəmiyyətə təqdim etməklə pisliyin təbliği kimi proses gedir”.