Dövlət qulluğuna qəbulda dəyişiklik

1686140837 6497775a e21f 3398 8dce b7971c7669f3 850.jpg

İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin siyahısı genişləndirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya idman sahəsi üzrə yeni vəzifə əlavə olunub.

Bu, idman sahəsində seleksiya üzrə baş mütəxəssis vəzifəsidir.