Bu ilin noyabrında Dubayda fəaliyyətə başlayacaq “Ciel Dubai Marina” dünyanın ən hündür hotel binası olacaq.
Bu barədə hotelin saytında məlumat verilib.
Göydələndə həmçinin planetin ən yüksək mənzərəli hovuzu da olacaq.
IHG-nin “Vignette” kolleksiyasına məxsus yeni hotel 377 m hündürlüyündə 82 mərtəbəli göydələndə yerləşəcək. Layihənin əsas xüsusiyyəti 76-cı mərtəbədə yerləşən və dünyanın ən yüksək hovuzu adı uğrunda mübarizə aparacaq hovuz olacaq.
report

