Dünya Bankının rəhbəri koronavirusa yoluxdu

1652292829 david malpass 210422.jpg

Dünya Bankının (DB) prezidenti Devid Malpasın COVID-19 testi müsbət çıxıb.

Bu barədə D.Malpasın bankın əməkdaşlarına ünvanladığı məktubda deyilir.

Məlumata görə, DB rəhbərində koronavirusun yüngül simptomları müşahidə olunur və o, özünütəcrid qaydalarına uyğun olaraq, fəaliyyətini evdən davam etdirir.

66 yaşlı Devid Malpasın tam peyvənd kursunu qəbul etdiyi bildirilir./Trend/