Dünya əhalisinin yarısı bu ilin sülh şəraitində keçəcəyini gözləmir

Ukrayna3.jpg.pagespeed.ce .654lz16tge.jpg

Dünyada hər dörd nəfərdən biri (26%) bu ilin daha dinc il olacağını, hər beş respondentdən ikisi isə (39%) daha təlatümlü il olacağını gözləyir.

Bu proqnoz “Gallup İnternational” agentlikləri assosiasiyasının 40 ölkədə respondentlər arasında keçirilən “İlin sonu” qlobal sorğusunun məlumatlarından irəli gəlir.

Məlumata görə, qalan respondentlər isə (29%) bu ilin əvvəlki kimi olacağını gözləyirlər.

Mümkün münaqişələrdən ən çox narahat olan sakinlər isə Avropa İttifaqı (56%), ABŞ (59%) və Kanada (53%) sakinləridir.