Dünyada COVID ölümlərinin sayı 35% artıb

298144265 1208836296635382 5297913808517272501 n.jpg

Dünya üzrə COVID-dən ölənlərin sayı son dörd həftə ərzində 35% artıb.

Şimal yarımkürəsində soyuq mövsümün başlaması ilə yoluxma riski yalnız artacaq.

Bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Təkcə son bir həftədə 15 min nəfər dünyasını dəyişib. Bu, qətiyyən yolverilməzdir, çünki bizdə virusun qarşısını almaq və insanların həyatını xilas etmək üçün vasitələr var”, – deyə ÜST rəhbəri bəyan edib.

O, həmçinin qeyd edib ki, hamımız bu virusdan bezsək də, virus bizdən bezməyib.

Mənbə: gazeta.ru