Edisin Bakı konsertinin tarixi dəyişdi

256460 jcctxi6n26.jpg

Türkiyənin tanınmış müğənnisi Edisin Bakıda keçiriləcək konsertinin vaxtı dəyişdirilib.

Bu barədə “iTicket” platforması məlumat yayıb.

Bildirilib ki, ifaçının 18 martda “Baku Crystall Hall”da keçirilməsi planlaşdırılan konsertinin vaxtı dəyişdirilib. Musiqili gecə Türkiyədə baş verən fəlakətlə bağlı olaraq 6 may tarixinə keçirilib. Alınan biletlər yeni tarixə keçərlidir.