Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Redaksiya xəbər verir ki, Sərəncama əsasən, ədliyyə nazirinin müavinləri Abiddin Hüseynova və Toğrul Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbələri verilib.





