ƏƏSMN-in e-xidmətlərinə 838,4 min müraciət qeydə alınıb

3bc71fae167835087469847613510034803.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin iki ayı ərzində 838,4 min müraciət qeydə alınıb.

Nazirlikdən verilən xəbərə görə, həmin dövrdə Nazirliyin fəaliyyət sahələri üzrə 86,1 min e-arayış verilib, 7,1 min pensiya, 10,8 min müavinət, təqaüd, 264 birdəfəlik ödəmə təyinatı e-sistem üzərindən, proaktiv qaydada aparılıb.

Yanvar-fevral aylarında e-qaydada 62 min fərdi şəxsi hesab da açılıb.