Elçin Ələkbərli departament rəhbəri təyin edildi

1744279990 elcin teyinat.jpg

“Avrora Qrup”da yeni təyinat olub.

Valyuta.az-ın əldə etdiyi məlumata əsasən, Elçin Ələkbərli Daxili Audit Departamentinin rəhbəri təyin edilib.

Qeyd edək ki, buna qədər E.Ələkbərli Agro Dairy şirkətində çalışıb. 2022-2025-ci illərdə bu şirkətdə işləyən E.Ələkbərli şirkətin Daxili Audit bölməsinin rəhbəri olub. Bundan başqa, o, Azərsun Holding, Gilan Holding, Metak şirkətində müxtəlif vəzifələrdə çalışıb.