Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilib

6089bc36 8bb8 338b A7eb 2f305957ecd3 850.jpg

Əli Cavad oğlu Əhmədov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Əhmədov sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib.