Əli Həsənovun ölkədən çıxışına “stop” qoyulub

5ec15634bda51a41f047ed086ceb81e4 57338 3.jpg

Prezident Administrasiyasının ləğv olunan ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ölkədən çıxışına “stop” qoyulub.

Demokrat.az-ın əldə etdiyi məlumata şöbə, keçmiş şöbə müdiri bir neçə gün öncə Qətərdə keçirilən futbol üzrə dünya çempionatını izləmək Dohaya səfər etmək istəyib. Lakin hava limanında Əli Həsənovun uçuşuna icazə verilməyib.

Ehtimala görə, Əli Həsənov Qətərdən Dubaya getməyi və Azərbaycana geri qayıtmamağı planlaşdırıbmış.

Qeyd edək ki, Əli Həsənovun övladları ölkə xaricində biznes fəaliyyəti ilə məşğuldur. Hazırda Əli Həsənovun oğlu ABŞ-da, qızı isə Dubayda yaşayır.