Elm və təhsillə bağlı yeniliklər olacaq

1676530391 1652354913 3ea43fda fae8 4dbb bbea 227d59080075 1.jpg

“Elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi istiqamətində bir sıra yeniliklər olacaq”.

Bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Nazirlik rəsmisi bildirib ki, media orqanlarında mütəmadi olaraq elm və təhsillə bağlı müxtəlif xəbərlər dərc olunur: “Bir sıra hallarda bu kimi xəbərlərin dərc olunması yaxşıdır. Çünki təhlillər apara bilirik. Sosial media da son zamanlar aktivləşib. Ona görə baş verəcək böhranların idarə olunması mühüm məsələdir”.

Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə təşkil edib.