Elşad Musayevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib

1703162138418334176 1200x630.jpg

Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda Böyük Azərbaycan Partiyası tərəfindən Elşad Musayevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.

Müzakirələrdən sonra Elşad Musayevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.