Emin bunun üçün 400 milyon dollar xərclədiyini açıqladı

B0dd033c165579914514644391011081977.jpg

Xalq artisti Emin Ağalarov Bakıda tikdirdiyi “Sea Breeze” kompleksinə xərclədiyi məbləği açıqlayıb.

Müğənni, iş adamı bu haqda “Rossiya-1” telekanalında yayımlanan “Vesti nedeli” proqramında danışıb. Verilişdə Azərbaycanla bağlı süjet yayımlanıb.

Emin müsahibə zamanı “Bu gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollardır (680 milyon manat). Təxminən 300-400 min kvadratmetr daşınmaz əmlak tikilib” deyə, söyləyib.