Ən uzaq ulduz kəşf edildi

61d77652164874402670985186110756572.jpg

“Hubble” kosmik teleskopu 28 milyard işıq ili uzaqlıqda olan ulduzun şəklini çəkib.

Bu, indiyədək qeydə alınan ən uzaq ulduz kəşfidir. Ulduzun Günəşdən 50-500 dəfə böyük və milyonlarla dəfə parlaq ola biləcəyi proqnozlaşdırılır.

Yeni ulduza “səhər ulduzu” və ya “yüksələn işıq” mənasını verən “Earendel” adı qoyulub.