Ərbəin ziyarətinin “Azerspace-1” peykindən canlı yayımına başlanılıb

C90364e6 Ab50 3d67 88fc C5f1dea3a8ac 850.jpg

Dünyada ən izdihamlı müsəlman dini toplantılarından olan Ərbəin ziyarətinin tədbirlərinin “Azerspace-1” peyki üzərindən canlı yayımına başlanılıb.

Avtor.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Ərbəin ziyarəti zamanı hazırlanan proqram və tədbirlərin fars, ərəb, ingilis, türk və urdu dilində olan canlı yayımı “Azerspace-1” peyki vasitəsilə 5-dən çox qlobal media qrupunun televiziya şəbəkəsinə ötürülür. Beləliklə, “Azerspace-1” peyki sayəsində bu ziyarətin maraqlı anları Yaxın Şərq ölkələrinin 500 milyon əhalisinin təxminən 50% izləyicisinə çatdırılır.

Bu həftədən etibarən başlayan və avqustun sonuna kimi İraqın Kərbəla şəhərində keçirilən Ərbəin ziyarətində bu il təxminən 20 milyondan çox insanın iştirakı proqnozlaşdırılır.