Ermənistan illərdir ətraf mühitə ziyan vurur- Hikmət Hacıyev

1c330c47164701813290886086910516501.jpg

“Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, sərvətlərimizdən istifadə edib və ətraf mühitə ziyan vurub”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə deyib.

O, diplomatik nümayəndəliklərin rəhbərlərini Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı məlumatlandırıb.