Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəlir

31e77350eca2a6f2d1f66ff666fad525

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda təşkil olunan forumda iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan nümayəndə heyəti sentyabrın 19-21-də Bakıda keçiriləcək üçüncü beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.