Ermənistan Qarabağın statusu məsələsini həll edib – PUTİN

1696517873 img 20231005 185527 527.jpg

Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin bununla bitdiyini qeyd edib: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.

Putin deyib ki, Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb, lakin rəsmi İrəvan bundan imtina edib.

O vurğulayıb ki, Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı an məsələsidir.