Ermənistanın XİN başçısı Vyanaya gedir

A554f89d167385407188785477610577141.jpg

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün, yanvarın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək.

Avtor.az“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib.

O, ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak edəcək.

İkigünlük səfər çərçivəsində A.Mirzoyanın ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.